Əzizə Cəfərzadənin 100 illiyi qeyd olundu

Əzizə Cəfərzadə, Xalq yazıçısı

Əzizə Cəfərzadə, Xalq yazıçısı

28 dekabr 2021
# 16:20

Milli Məclisin Mədəniyyət komitəsinin dəstəyi ilə Xalq yazıçısı Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Kulis.az xəbər verir ki, tədbirin aparıcısı, Mili Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, tədbir Milli Məclisin Mədəniyyət komitəsinin təşəbbüsü, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-in, “NƏFƏS” İB-in dəstəyi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının texniki dəstəyi ilə keçirilir.

O, onlayn konfransda türk ölkə və topluluqlarından olan yazarların, aydınların da iştirak etdiyini vurğulayaraq, Xalq yazıçısının yaradıcılığında, ictimai fəaliyyətində dünya azərbaycanlıları ilə yanaşı, türk dünyasının da özəl yeri olduğunu bildirib.

Əzizə Cəfərzadənin varisi Turan İbrahimov videogörüntü vasitəsilə Xalq yazıçısının evindəki əşyalarını, kitabxanasını, onun yaradıcılığına dair yeni nəşrləri nümayiş etdirib, ürək sözlərini bölüşüb. T.İbrahimov təşkilatçılara, çıxışlara, bütün iştirakçılara ailə adından təşəkkürlərini çatdırıb.

# 1777 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #