"Əsli və Kərəm" və "Aşıq Qərib" dastanlarının əlyazma nüsxələrinin surətləri əldə edildi

"Əsli və Kərəm" və "Aşıq Qərib" dastanlarının əlyazma nüsxələrinin surətləri əldə edildi
27 mart 2023
# 16:40

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov Paris Milli Kitabxanasından “Əsli və Kərəm” (“Hekayəti Kərəm” adı ilə) və “Aşıq Qərib” (“Aşıq Qərib və Şahsənəm xanım” adı ilə) dastanlarımızın XIX əsrdə ərəb qrafikası ilə yazıya alınmış variantlarının surətlərini əldə edib.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, “Hekayəti Kərəm” adlı birinci əsər 157 səhifədən ibarətdir. 1850-ci ildə nəstəliq xətti ilə köçürülüb. Hadisələr Bakı nəşrlərindən fərqli olaraq İsfahanda deyil, Şirazda cərəyan edir.

İkinci əlyazma “Aşıq Qərib” dastanının ən qədim nüsxəsidir. 1838-1839-cu ildə nəstəliq xətti ilə köçürülüb. 65 səhifəlik əlyazmanın nəzm hissəsi əsasən qoşmalardan ibarətdir.

# 954 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #