"Əsgər Rayanı xilas etmək" filminin məşhur ulduzu Tom Saymor 61 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, beyin anevrizması səbəbindən reanimasiyaya yerləşdirilən aktyor oradaca dünyasını dəyişib.
Tom daha çox "Black Hawk Down", "Born on the Fourth July", "Natural Bon Killers" və "Saving Private Ryan" kimi filmlərdəki personajları ilə tanınan
Dünyasını dəyişən aktyorun qardaşı Paul Sizemore onun haqqında sosial şəbəkələrdə bu sözləri qeyd deyib:
"Tomu itirdiyimə görə çox kədərlənirəm. O, həyatıma tanıdığım ən yaxşı insan idi. O, istedadlı və sevgi dolu idi. Sizi həmişəlik əyləndirə bilərdi. Mən onun üçün əbədi olaraq darıxacağam".
Qeyd edək ki, Tom Sizemore aktiv şəxsi həyatı ilə yanaşı, pis vərdişləri ilə də zaman-zaman mətbuatın mövzusu olub. Aktyor dəfələrlə narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi üçün də saxlanılıb.