Ermənilərin dağıtdığı abidəyə baxış keçirildi

Ermənilərin dağıtdığı abidəyə baxış keçirildi
12 may 2022
# 12:40

Bərdə Reginal Mədəniyyət İdarəsinin heyəti və rəisi Vəsilə Möhsümova hazırda Tərtər şəhərinin bir neçə kilometrliyindəki Şıxarx qəsəbəsində yerləşən ermənilərin “Marağa - 150” abidəsinə baxış keçiriblər.

İdarənin mətbuat xidmətindən Kulis.az-a verilən xəbərə görə, abidənin qalıqlarının mühüm tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq onun ətrafında təmir-abadlıq işləri aparılıb. Həmçinin, “Marağa - 150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub:

“Bildiyimiz kimi, 1828-ci il fevralın 10-da Rusiya və İran arasında imzalanan Türkmənçay müqaviləsindən sonra ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsinə başlandı.

1978-ci ildə adi qırma çay daşlarından inşa edilən abidə rəngli mozaikadan və “Qızlar bulaq başında” kompozisiyasından ibarət olub, təxminən 30 kvadratmetr sahəni əhatə edir.

Bu abidə 1991-ci ildə ermənilərin özləri tərəfindən dağıdılıb. Çünki "Marağa 150" abidəsi erməni miqrantlarının Qarabağa gəlməsinin başlanğıcını göstərirdi.

Qeyd edək ki, 2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi Tərtər rayonunda səfərdə olarkən Şıxarx kəndində "Marağa–150” abidəsinə baxıb və həmin abidənin şəkillərini çəkib".

# 1492 dəfə oxunub

Müəllifin son yazıları

# # #