Erkin Yılmaz Azərbaycan kinematoqraflarını əməkdaşlığa dəvət etdi

Erkin Yılmaz Azərbaycan kinematoqraflarını əməkdaşlığa dəvət etdi
21 aprel 2023
# 15:30

"Azərbaycan film istehsalçıları Türkiyə film istehsalçıları ilə əməkdaşlıq edə bilərlər".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumu çərçivəsində "Azərbaycan kinosunda beynəlxalq təcrübənin tətbiqi" panelində Türkiyə Mədəniyyət və Turizm nazirliyinin kino idarəsinin müdiri Erkin Yılmaz deyib.

Türkiyə filmlərinin dünyada məşhurlaşmasından da danışan Erkin Yılmaz qeyd edib ki, bunun sayəsində dünyada xeyli adam türkcə salamlaşır, Türkiyə mədəniyyətini mənimsəyir: "Bunları ona görə deyirəm ki, Azərbaycanla ortaq mədəniyyətimiz var. Məncə, Türkiyə seriallarının dünyada sevilməsinin səbəbi hekayələrimizdir. Azərbaycan rejissorlarından gələn hər bir layihə bizim üçün qiymətlidir. Bunun üçün qaydalar son dərəcə sadədir".

# 966 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #