"Erkən hisslər" çəkilir

"Erkən hisslər"  çəkilir
8 avqust 2024
# 09:51

Rejissor Nurlan Həsənli ssenarisini yazdığı “Erkən hisslər” adlı qısametrajlı bədii filminin çəkilişlərinə başlayıb.

Kulis.az xəbər verir ki, 20 dəqiqəlik film qara komediya janrındadır.

Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən 2023-cü ildə elan olunmuş Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin qaliblərindən biridir. ”Rental Azerbaijan” prodakşnı tərəfindən istehsal oluna filmin büdcəsi 59.700 manat, prodüseri Emil Nəcəfovdur.

Filmdə 11 yaşlı uşaq qonşusunun vəfatıyla qarşılaşdığı ilk ölüm hadisəsini anlamağa çalışarkən dəfn mərasiminə gəlmiş bir qızın diqqətini çəkmək üçün qonşu uşaqlarla yarışır.

2025-ci ildə geniş tamaşaçı qarşısına çıxacaq filmin operatoru Daniel Quliyev, rəssamı Erturan Məmmədov, ikinci rejissoru isə Asif İsgəndərovdur.

Qeyd edək ki, Nurlan Həsənlinin ”Erkən hisslər” film layihəsi bir neçə müsabiqədə iştirak edib:

# 566 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #