#

Ən yaxşı rejissor nominasiyasında "Qızıl Qlobus"a layiq görüldü

Ən yaxşı rejissor nominasiyasında "Qızıl Qlobus"a layiq görüldü
11 yanvar 2023
# 10:00

Stiven Spilberq “Fabelmanlar” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında “Qızıl Qlobus”a layiq görülüb.

Kulis.az xəbər verir ki, mükafatlandırma mərasimi Los-Anceles şəhərində baş tutub.

Mükafat uğrunda Ceyms Kemeron (“Avatar 2”), Baz Lurman (“Elvis”), Daniel Şaynert və Den Kvanın yaradıcı tandemi (“Hər şey hər yerdə və birdən”), eləcə də Martin Makdonax (“İnişerinin Banşisi”) yarışıblar.

Hollivud Xarici Mətbuat Assosiasiyasının (HFPA) “Qızıl Qlobus” mükafatı hər il kino və televiziya sahəsində nailiyyətlərə görə verilir. Mükafat 55 ölkədən təşkilata bağlı jurnalistlər tərəfindən təqdim olunur.

Spilberqin rejissorluq üzrə rekord 13 “Qızıl Qlobus” nominasiyası var və indiyədək yalnız ikisini qazanıb.

# 1085 dəfə oxunub

Müəllifin son yazıları

# # #