Ən kimsəsiz küçə sənin - Vaqif Bayatlının şeiri

Ən kimsəsiz küçə sənin - Vaqif Bayatlının şeiri
1 dekabr 2023
# 14:00

Kulis.az Vaqif Bayatlının "Yeri var" şeirini təqdim edir.

Xan ceyranın qaçışında,
Ən şahanə uçuşunda,
Ya alnında, ya döşündə,
Bir ox yeri var, yeri var.

Düşməzsən şahlıq atından,
Göyün yeddinci qatından,
Hər bəyaz telin altında,
Bir ah yeri var,yeri var.

Ən kimsəsiz küçə sənin,
Küçə sənin, gecə mənim,
Sən bağlayan pəncərənin ,
Bir dön bəri bax, yeri var.

# 901 dəfə oxunub

Müəllifin son yazıları

# # #