Emma Watson niyə filmlərdə rol almır?

Emma Watson niyə filmlərdə rol almır?
3 may 2023
# 11:30

Britaniyalı aktrisa, sehrbaz Harri Potter haqqında çəkilən filmin ulduzu Emma Watson Financial Times-a verdiyi müsahibədə beş ilə yaxın filmlərdə rol almamasının səbəbini açıqlayıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Watsonun dediyinə görə, o, öz rollarına yenidən baxış keçirmək üçün bu addımı atıb.

Aktrisa aktyorluq peşəsinə qayıdacağını, lakin indi bunun zamanı olmadığını qeyd edib: “Mən özümü fərqli simalara və şəxsiyyətlərə bölmək məcburiyyətində qalmayacağım bir yol axtarıram. Onu tezliklə tapacağıma da əmin deyiləm".

Emma Watson on why she stepped away from acting | SYFY WIRE

# 790 dəfə oxunub

Müəllifin son yazıları

# # #