Əməkdar mədəniyyət işçisi vəfat etdi

Nəriman Şıxəliyev, Əməkdar mədəniyyət işçisi, operator

Nəriman Şıxəliyev, Əməkdar mədəniyyət işçisi, operator

3 fevral 2022
# 17:40

Əməkdar mədəniyyət işçisi, operator Nəriman Şıxəliyev vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə onun 66 il çalışdığı Azərbaycan Televiziyasının (AzTV) sosial media hesablarında məlumat verilib.

O, 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, N.Şıxəliyev 1934-cü il oktyabrın 14-də Bakıda anadan olub. AzTV yaranan gündən (1956) burada çalışıb. Əmək veteranı olan N. Şıxəliyev milli televiziyanın inkişafındakı böyük xidmətlərinə görə 1981-ci ildə “Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2006-cı ildə isə “Tərəqqi” medalına layiq görülüb.

# 1464 dəfə oxunub

Müəllifin son yazıları

# # #