Əməkdar artist: "Serialdan erkən ayrılma səbəbim..." -Açıqlama

Əməkdar artist:  "Serialdan erkən ayrılma səbəbim..." -Açıqlama
17 aprel 2026
# 16:30

Əməkdar artist Münəvvər Əliyeva rol aldığı "Dirilən adam" serialından ayrılıb.

Kulis.az xəbər verir ki, bu haqda aktrisa özü məlumat yayıb:

"Dirilən adam" serialında böyük sevgi və məsuliyyətlə canlandırdığım Rəfiqə obrazı ilə yollarımı ayırıram. 78 bölüm boyunca bu obraz mənim üçün sadəcə bir rol olmadı: O, hiss etdiyim, yaşadığım, bəzən özümlə eyniləşdirdiyim bir həyat parçasına çevrildi. Rəfiqə vasitəsilə sevinci də yaşadım, ağrını da. Onun susduğu yerdə danışdım, onun mübarizəsində güc tapdım. Bu obraz mənim yaddaşımda və qəlbimdə hər zaman yaşayacaq. Rəfiqəni sevən, anlayan və ona həyat verən siz dəyərli tamaşaçılara sonsuz təşəkkür edirəm.

Serialdan erkən ayrılma səbəbimi isə layihə tam başa çatdıqdan sonra açıqlayacağam. Hər son əslində yeni bir başlanğıcdır. Rəfiqə ilə vidalaşsam da, sənət yolum davam edir və inanıram ki, qarşıda bizi yeni görüşlər gözləyir".

# 103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər