Əməkdar artist səhər verilişlərini tənqid etdi

Əməkdar artist səhər verilişlərini tənqid etdi
14 aprel 2025
# 15:44

Əməkdar artist Əkbər Əlizadə verilişləri tənqid edib.

Kulis.az xəbər verir ki, aktyor özünün bir vaxtlar aparıcısı olduğu səhər proqramından video yayımlayıb.

O bildirib ki, səhər proqramında insanlara ancaq aqressivlik nümayiş etdirilir:

"Verilişlər var idi: hər səhər xoş ovqat, şən əhval-ruhiyyə. Yoxsa indi... Səhər-səhər aqressivlik, intriqa, mübahisə".

Qeyd edək ki, Əkbər Əlizadə "Space TV"də və ATV-də aparıcılıq edib. Sonuncu dəfə ATV-də çalışan aktyorun proqramının yayımı dayandırılıb.

# 206 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #