Əməkdar artist ölüm ayağındadır

Süleyman Abdullayevi (Dədə Süleyman)

Süleyman Abdullayevi (Dədə Süleyman)

20 oktyabr 2022
# 10:10

Uzun müddətdir səhhətində problem olan Əməkdar artist Süleyman Abdullayevi (Dədə Süleyman) xəstəxanaya yerləşdiriləcək.

Kulis.az xəbər verir ki, aparıcı xanəndənin yaxın günlərdə xəstəxanaya yerləşdiriləcəyini bildirib:

Xanəndənin qızı Aygün Abdullayeva atası ilə bağlı açıqlamasında "Müalicə dayandırılıb. Həkimlər əlindən gələni edib. Bu xəstəlik qarşısında həkimlər də aciz qaldı. Ürəyinin yalnız 30 faizi fəaliyyət göstərir. Bir il əvvəl atamın ayağının baş barmağında qanqrena başladı. Amputasiya olundu. Bir il keçəndən sonra bu ilin avqustinda digər barmağı qaralmağa başladı. Onu da amputasiya etdilər. Ayağı çox pis vəziyyətə düşdü. Həkimlər elə bir nəticəyə gəldilər ki, yaş həddinə görə, daxili orqanlarında ciddi problemlər olduğuna və hətta ciyərlərinə yığıldığına görə heç cür riskə gedə bilmədiklərini söylədilər. Məhz buna görə, atam hazırda bu vəziyyətdədir. Əvvəldən atam şəkər xəstəsi olub" sözlərini deyib.

# 5075 dəfə oxunub

Müəllifin son yazıları

# # #