Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.
Kulis.az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, dostları, incəsənət və mədəniyyət xadimləri iştirak edirlər.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artistin vida mərasiminə əklil göndərib.
Qeyd edək ki, Əməkdar artist "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, Cabir İmanov dünən ürək tutması səbəbilə vəfat edib.