Əməkdar artist Akif Mirabov vəfat edib

Əməkdar artist Akif Mirabov vəfat edib
15 noyabr 2025
# 14:29

Mingəçevir Dövlət Dram Teatrının aktyoru Akif Mirabov 78 yaşında vəfat edib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, o, bu gün günorta saatlarında vəfat edib.

Əməkdar artist sabah Mingəçevir şəhər qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Akif Mirabov Milli Qəhrəman Rəşad Mirabovun atasıdır.

Akif Əhməd oğlu Mirabov 1947-ci ildə Mingəçevir şəhər Xanabad kəndində doğulub. 1965-ci ildə Xalq teatrında, 1968-ci ildən isə Mingəçevir Dövlət Dram teatrında aktyor kimi işə başlayıb. O, 1968-ci ildən 2017-ci ilədək teatrda aktyor işləyib. 2000-ci ildə Respublikanın Əməkdar artisti, 2013-cü ildə “Tərəqqi” medalı, 2019-cu ildə Prezidentin Fəxri diplomu ilə təltif olunub.

# 134 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər