Elvis Preslinin uşaqlıq evi hərraca çıxarılacaq

Elvis Presli, amerikalı müğənni

Elvis Presli, amerikalı müğənni

2 iyul 2022
# 13:00

Elvis Preslinin tərk edilmiş uşaqlıq evi hərraca çıxarılıb.

Kulis.az “nypost.com”a istinadən xəbər verir ki, Elvis Preslinin Missisipi ştatının Tupelo şəhərində tərk edilmiş və sökülməsi gözlənilən uşaqlıq evi avqust ayında, hərracda satışa çıxarılacaq.

Hərracın başlanğıc qiyməti 30.000-50.000 dollar arasında müəyyən ediləcək. Bu ev 2020-ci ildə auksiona çıxarılıb, lakin pandemiyaya görə özünə alıcı tapmayıb.

Elvisin uşaqlığının keçdiyi evdə müğənninin həyatı və karyerasına aid geyimlər, zərgərlik əşyaları, avtoqraflar və konsert xatirələri də hərracda satış üçün nəzərdə tutulub.

# 1278 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #