Elvin Hoca Qəniyev Moskvada konsert verəcək

Elvin Hoca Qəniyev Moskvada konsert verəcək
26 yanvar 2024
# 18:40

Moskvada azərbaycanlı skripka ifaçısı, Əməkdar artist Elvin Hoca Qəniyevin konserti olacaq.

Kulis.az xəbər verir ki, fevralın 2-də “Zaryadye” konsert zalında keçiriləcək konsertdə Elvin Hoca Qəniyev dirijor Marius Stravinskinin rəhbərliyi altında Çaykovski adına Böyük Simfonik Orkestrinin müşayiəti ilə çıxış edəcək.

Proqramda Türkiyənin görkəmli bəstəkarı və dirijoru Ülvi Cemal Erkinin (1906–1972) skripka konserti təqdim olunacaq. Konsertin birinci hissəsinin sonunda Frans Vaksmanın skripka ilə orkestri üçün Bizenin “Karmen” operasından “Fantaziya” da səsləndiriləcək.

27 yaşlı Elvin Hoca Qəniyev indiyədək David Oystrax, Qenrik Venyavski, Karol Lipinski, Yaşa Xeyfes adına və bir çox digər nüfuzlu beynəlxalq müsabiqələrin laureatı olub. 2018-ci ildə Berlində beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb. Hannover Musiqi, Dram və Media Universitetində magistr təhsili alıb. 2018-ci ildə (21 yaşında) Azərbaycanda Əməkdar artist fəxri adına layiq görülən ən gənc sənətçi olub.

# 762 dəfə oxunub

Müəllifin son yazıları

# # #