Elman Rəfiyev: “Direktoram, mənə ad, mükafat vermək istəmirlər”

Elman Rəfiyev:  “Direktoram, mənə ad, mükafat vermək istəmirlər”
15 may 2024
# 13:44

"O vaxt mənə Əməkdar mədəniyyət işçisi adını vermək istəyirdilər, dedim, o adı versəniz, imtina edəcəm".

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elman Rəfiyev Lent.az-ın sualına cavab olaraq deyib.

Aktyor Dövlət Pantomim Teatrının direktoru olduğuna görə adınin mükafatçılar siyahısına salınmadığını qeyd edib:

“Aktyor olduğumu unudublar. Tamaşalara, filmlərə çəkilirəm. "Direktorsan" deyib vermirlər. O vaxt mənə Əməkdar mədəniyyət işçisi adını vermək istəyirdilər, dedim, o adı versəniz, imtina edəcəm. Məcbur olub Əməkdar artist adını verdilər.

12 il keçib üstündən. Bu janrda ən qocaman aktyor mənəm, Xalq artisti adını vermək istəmirlər, səbirlə gözləyirəm".

# 686 dəfə oxunub

Müəllifin son yazıları

# # #