Əlisəmid Kürün yeni kitabı çap olundu

Əlisəmid Kürün yeni kitabı çap olundu
8 fevral 2024
# 14:32

Tanınmış şair Əlisəmid Kürün "Tənha kentavr" adlı yeni kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, şairin 70 illiyinə həsr olunan kitab Dövlət Tərcümə Mərkəzi tərəfindən çap olunub.

O, “Rəngli kölgələr”, “Kentavr”, “Çaylar məcrasından çıxanda”, “Sonuncu dua”, “Qan-tər içində” kitablarının müəllifi, Türkiyənin “Qızıl çələng” poeziya ödülü (Antalya, 1992), “Vektor” Elmi Mərkəzinin Poeziya mükafatı (2003), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk ədəbiyyatına xidmətlərinə görə” ədəbiyyat ödülü (Ankara, 2014) laureatıdır.

Kitaba şairin şeirləri ilə yanaşı, Arif Məlikov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Elçin, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Nizami Cəfərov kimi tanınmış elm, sənət və mədəniyyət xadimlərinin onun şəxisiyyəti və yaradıcılığı ilə bağlı söylədiyi fikirlər və həyatının müxtəlif dövrlərini əks etdirən fotoqalereya daxil edilib.

# 816 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #