Ələkbər Tağıyevin mahnılarından ibarət konsert təşkil olundu

Ələkbər Tağıyevin mahnılarından ibarət konsert təşkil olundu
27 iyun 2024
# 14:16

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış bəstəkar Ələkbər Tağıyevin mahnılarından ibarət konsert proqramı təqdim olunub.

Kulis.az xəbər verir ki, konsert bəstəkarın anadan olmasının 100 illiyinə həsr olunub.

Konsertdə teatrın solistləri bəstəkarın populyar mahnılarından ibarət musiqi nömrələri ilə çıxış ediblər. Bir-birindən parlaq ifaların təqdim olunduğu konsert proqramı maraqla qarşılanıb.

Solistləri teatrın instrumental ansamblı müşayiət edib (rəhbər Mirxalid Salayev).

Qeyd edək ki, Ələkbər Tağıyev Azərbaycan musiqi mədəniyyətinə “Azərbaycanım mənim”, “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Qonşu qız”, “Azərbaycan oğluyam”, “Qəşəngdir” kimi bir çox sevilən mahnılar bəxş edib. Bəstəkarın “Sən gəlməz oldun”, “Arzu qızım”, “Sənə qurban”, “Sədaqətim var” kimi mahnıları dəfələrlə xarici müğənnilərin repertuarına daxil olub.

# 481 dəfə oxunub

Müəllifin son yazıları

# # #