Oktyabrın 2-də Heydər Əliyev Sarayında bəstəkar, Xalq artisti Eldar Mansurovun 70 illik yubileyinə həsr olunan möhtəşəm konsert proqramı keçiriləcək.
Kulis.az xəbər verir ki, yubiley gecəsində Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri, Xalq artistləri Mübariz Tağıyev, Ağadadaş Ağayev, Murad Adıgözəlzadə, Cavan Zeynallı, Faiq Ağayev, Əməkdar artist Manana Caparidze və başqaları çıxış edəcəklər. İfaçıları səhnədə Xalq artisti Cavanşir Cəfərovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
Qeyd edək ki, Yubileydə bəstəkarın unudulmaz “Bayatılar”, “Bakılıyam mən”, “Melody”, “Yarı məndə, yarı səndə”, “Gecələr keçir”, “Ola bilməz”, “Bu sevgi”, “Bayatı-şiraz”, “Bir daha”, “Dünya köhnə dünyadı”, “Karnaval” və s. əsərləri səslənəcək.