Kitab sərgisi

Eldar Baxışın yeni kitabı çap olundu

Eldar Baxışın yeni kitabı çap olundu
22 sentyabr 2025
# 14:50

"Qanun" nəşriyyatında Eldar Baxışın “Zaman durna köçüdür” adlı şeirlər kitabı çap olunub.

Kulis.az xəbər verir ki, nəşrin tərtibçisi şair İlham Qəhrəmandır.

Kitabda Eldar Baxışın indiyə qədər çap olunan kitablarından, arxivindən və vaxtilə dövrü mətbuatda çap olunmuş şeirləri toplanıb.

8 bölmə və 472 səhifədən ibarət nəşrdə şairin taleyi, Vətən sevgisi, insanların saf məhəbbəti, müasirlərinin zəngin mənəvi dünyası, azadlıq ideallarının tərənnümü, eləcə də haqsızlığa qarşı barışmaz mövqeyi öz əksini tapır.

Tərtibçinin verdiyi məlumata görə, şairin bu kitabında onun 197 (silsilə ilə bir yerdə 230-dan çox) şeiri və 5 poeması yer alıb

Toplunun ön söz müəllifi mərhum ədəbiyyatşünas alim İradə Musayevadır.

Qeyd edək ki, “Zaman durna köçüdür” İlham Qəhrəmanın tərtib etdiyi beşinci kitabdır.

# 189 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər