Azərbaycan və Ermənistan bir-birlərinə ən yüksək xalı verdilər - İlk dəfə

Azərbaycan və Ermənistan  bir-birlərinə ən yüksək xalı  verdilər - İlk dəfə
22 sentyabr 2025
# 11:46

Qazaxıstanda “Silk Way Star” yarışmasının ilk mərhələsi başa çatıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, birinci mərhələdə 12 iştirakçının hər biri mahnını öz ana dilində ifa edib.

Məlumata görə, start mərhələsinin özəlliyi ondan ibarətdir ki, heç bir iştirakçı layihəni tərk etməyib, yəni bütün iştirakçılar qələbə uğrunda mübarizəni davam etdirəcəklər.

Münsiflər heyətinin qərarı ilə birinci yerdə 126 xalla malayziyalı müğənni Yazmin Əziz, ikinci yerdə 122 xalla özbək müğənni Madinabonu Adilova, üçüncü və dördüncü yerlərdə müvafiq olaraq 120 xalla Türkmənistandan Dovran Şammiyev və gürcü iştirakçı Avtandil Abeslamidze qərarlaşıb.

“Silk Way Star” beynəlxalq yarışmasına 10 epizod daxildir, hər buraxılışın müddəti 100 dəqiqədən çoxdur. Yayım üç dildə - qazax, Çin və ingilis dillərində aparılır. Təşkilatçılar tamaşaçılara müxtəlif janrlarda eksklüziv musiqi nömrələri vəd edirlər.

Yarışmaya sentyabrın 20-də Qazaxıstanda start verilib, növbəti mərhələ isə Çində keçiriləcək.

Final “Grand Şou” noyabrın 22-də keçiriləcək.

Yarışma zamanı yaddaqalan məqam da olub. Belə ki, Azərbaycan və Ermənistandan olan jurilər hər iki ölkəni təmsil edən ifaçılara qarşılıqlı olaraq ən yüksək – 10 xalı veriblər. İlk olaraq azərbaycanlı jüri erməni ifaçısı Saro Gevorgyana 10 xal verib, erməni jüri isə cavab olaraq Azərbaycanı yarışmada təmsil edən Səbinə Quluzadəni 10 xala layiq görüb.

Qeyd edək ki, ilk dəfədir Azərbaycan və Ermənistan nümayəndələri beynəlxalq müsabiqədə bir-birlərinə ən yüksək xalı veriblər.

# 1248 dəfə oxunub

Oxşar xəbərlər

“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil edib

“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil edib

20:30 18 avqust 2026
"Ulduz" jurnalının iyul-avqust nömrəsi işıq üzü gördü

"Ulduz" jurnalının iyul-avqust nömrəsi işıq üzü gördü

18:15 18 avqust 2026
Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi

16:30 18 avqust 2026
12 min illik zərgərlik tarixi –  Sərgidən fotolar

12 min illik zərgərlik tarixi Sərgidən fotolar

16:00 18 avqust 2026
Qalmaqallı repçi Rusiyada konsert verəcək

Qalmaqallı repçi Rusiyada konsert verəcək

15:00 18 avqust 2026
Mircavadın dağılmış məzarı, yaxud Qənirə Paşayeva nə istəyirdi? - Mirmehdi Ağaoğlu

Mircavadın dağılmış məzarı, yaxud Qənirə Paşayeva nə istəyirdi? - Mirmehdi Ağaoğlu

14:00 18 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər