Elçinin pyesləri İtaliyada nəşr olunub

Elçin, Xalq yazıçısı

Elçin, Xalq yazıçısı

27 oktyabr 2021
# 13:44

Xalq yazıçısı Elçinin məşhur «Teleskop», «Mənim sevimli dəlim» və «Şekspir» tragikomediyalarından ibarət kitab İtaliyada nəşr edilib.

Kulis.azın verdiyi xəbərə görə, Romada fəaliyyət göstərən «Tedi Editore» nəşriyüyatı tərəfindən çap edilən pyesləri italyan dilinə Monika Puqlia tərcümə edib.

Kitabdakı ön sözün müəllifi görkəmli alim və ictimai xadim, akademik, Milan Dövlət Universitetinin professoru Stefano Bruno Gallidir.

Kitabda ədəbiyyatşünas Jan Pertin Elçinin həyat və yaradıcılığı haqqında yazdığı ətraflı məlumat da çap edilmişdir.

Qeyd edək ki, bir müddət əvvəl Xalq yazıçısının «Baş» romanı da Romada ittalyan dilində nəşr olunub.

# 1044 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #