Azərbaycanın Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibətilə Rusiyada “Beş dəqiqə və əbədiyyət” adlı hekayələr toplusu işıq üzü görüb.
Kulis.az xəbər verir ki, Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş kitab Rusiyanın zəngin ənənəli Rudomino Kitab Mərkəzi nəşriyyatında nəşr olunub.
Görkəmli nasirin “Gül dedi bülbülə”, “Sarı pencək...”, “Qatar. Pikasso. Latur. 1968.”, “Beş qəpiklik motosikl”, “Qırmızı ayı balası”, “On ildən sonra ...”, “Gümüşü, narıncı, məxməri”, “Baladadaşın ilk məhəbbəti”, “Bu dünyadan qatarlar gedər”, “Beş dəqiqə və əbədiyyət” kimi məşhur hekayələri daxil edilmiş kitabın rus dilinə tərcümə müəllifləri Rusiyanın tanınmış tərcüməçiləri İ.Zolotusski, Q.Mitin, A.Ozlov, redaktoru –Y.Fridşteyndir.