Elçin Hüseynbəyli: "AYB-yə hücumlar terror mahiyyətlidir"

Elçin Hüseynbəyli:  "AYB-yə hücumlar terror mahiyyətlidir"
6 may 2024
# 12:38

"AYB-yə hücumlar terror mahiyyətlidir."

Kulis.az xəbər verir ki, bu sözləri AYB-nin katibi Elçin Hüseynbəyli Birliyə qəbul məsələləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, başqa ölkələr birliyin maliyyələşməsinə paxıllıq edirlər:

"Bura istedadlı yazıçılar, şairlər birliyi deyil. Əxlaq çox vacibdir. Tam obyektivlik mümkün deyil. Bacardığımız qədər obyektiv olmağa çalışırıq. Pribaltikada bizim maliyyələşməyimizə həsəd aparırlar. Deyirlər, nə yaxşı, sizdə bürokratik deyil. Ona görə də bəzi bədxahlar spekuliyasilar eləyirlər. Qəsdən eləyirlər. Bəzən yaxınlaşırlar ki, üzv olmaq istəyirəm. Elə qəzetin, saytın adını çəkir ki, heç yerdə bilinmir. Üzvlük üçün bizim mətbu orqanlarımızda çap olunmalısan. Həmidə gəlincə, onun zəmanətə ehtiyacı yoxdur. Onu üzvlük münasibətilə təbrik eləyirəm."

Ülvi Bahadır

# 580 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #