Ədəbiyyat klassiklərinin ekran uyğunlaşdırmaları rəqəmsal platformalarda böyük izləyici kütləsi toplamaqla yanaşı, orijinal əsərlərin satışlarını da dəfələrlə artırıb.
Kulis.az xəbər verir ki, Cüzeppe Tomazi di Lampeduzanın "Bəbir" romanının satışları ekranlaşdırmadan sonra İtaliyada 1180 faizdən çox, Meri Şellinin "Frankenşteyn" əsərinin satışı 180 faiz, Boleslav Prusun "Oyuncaq kukla" romanının mütaliəsi isə Polşada 479 faiz yüksəlib.
Oxşar dinamika Orhan Pamukun "Məsumiyyət muzeyi" əsəri əsasında çəkilən serialdan sonra Türkiyədə də müşahid olunub.
Belə ki, roman həftələrlə bestseller siyahısına başçılıq edib.