Əjdər Ol yüngül cəza istəyir

Əjdər Ol yüngül cəza  istəyir
21 aprel 2022
# 16:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində olan hökmündən narazıdır.

Əjdər Olun vəkili Teymur Baloğlanov APA-ya bildirib ki, cinayət işi üzrə dəymiş ziyanın tam ödənilməsinə, həmçinin mülki iddianın olmamasına baxmayaraq müvəkkili barəsində həddən artıq ağır cəza təyin olunub.

Vəkil qeyd edib ki, bəzi epizodlar üzrə cəzanın çəkilmə vaxtı keçsə də, həmin epizodlarla bağlı cəza şamil olunub. Təqsirləndirilən şəxsin vəkili bunları nəzərə alaraq hökmdən apellyasiya şikayəti verdiyini deyib.

Şikayət ərizəsində Əjdər Ol barəsindəki hökmün dəyişdirilməsi və daha yüngül cəza təyin olunması istənilib.

Xatırladaq ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan olunub.

Əjdər Ol Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

# 1941 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #