Əjdər Ol məhkəmədən vaxt istədi

Əjdər Ol

Əjdər Ol

16 mart 2022
# 15:40

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Əjdər Olun vəkili Teymur Baloğlanov çıxış edib. O, məhkəmədən müdafiə etdiyi şəxsə yüngül cəza verilməsini xahiş edib.

Son söz söyləməli olan Əjdər Ol isə buna görə məhkəmədən vaxt istəyib.

Proses martın 29-da davam etdiriləcək.

Qeyd edək ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxsə 11 il həbs cəzası istəmişdi. Təqsirləndirilən şəxs isə məhkəmədən yüngül cəza təyin etməyi xahiş etmişdi.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs edilən Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinərək saxlanılıb.

Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

# 2525 dəfə oxunub

Müəllifin son yazıları

# # #