Ehtiram Hüseynov konservatoriyadakı işindən çıxdı

Ehtiram Hüseynov konservatoriyadakı işindən çıxdı
23 oktyabr 2024
# 14:35

Əməkdar artist Ehtiram Hüseynov Qarabağda yaşamasının səbəbini açıqlayıb.

Kulis.az xəbər verir ki, xanəndə "Evdəkilərə salam" verilişində Xankəndidə Qarabağ Universitetində işlədiyini deyib:

"Burada incəsənət fakültəsində dərs deyirəm. Qərar verəndə ki, gedirəm Xankəndiyə hamı təəccübləndi. Soruşdular ki, bu qədər işin, Bakıda universitetdə dərs deyirsən, atırsan hamısını? Cavab verdim ki, bəli, hər şeyi atıb gedirəm. Ərizəmi yazdım və işdən çıxdım. İndi Xankəndidə universitetdə çalışıram".

Qeyd edək ki, E.Hüseynov Azərbaycan Milli Konservatoriyasında "Muğam" fakültəsində müəllim işləyirdi.

# 139 dəfə oxunub

Müəllifin son yazıları

# # #