Bakı Kitab Mərkəzində fransız tarixçi Aleksandr Vatənin “Əhmədiyyə Cəbrayılovun Fransa Müqaviməti Hərəkatındakı Döyüş Yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimat mərasimi keçirilib.
APA xəbər verir ki, müəllif Bakıda olduğu üçün sevincli olduğunu bildirib, kitabın iki il əvvəl Fransada çap olunduğunu vurğulayıb.
O, bir müddət Azərbaycanda yaşadığını da qeyd edib.
“Kitabın Azərbaycan dilinə tərcümə olunması məni çox sevindirir. Buna görə Cəbrayılovlar ailəsinə və bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm”, - fransız tarixçi qeyd edib.
Fransa səfiri Sofi Laqut bildirib ki, bu kitabın Azərbaycan dilinə tərcümə olunması xüsusi əhəmiyyət daşıyır.
“Müəllifə minnətdaram. O, bu kitab üçün geniş araşdırma aparıb və böyük zəhmət çəkib”, - diplomat qeyd edib.
Təqdimat mərasimində Əhmədiyyə Cəbrayılovun döyüş yolundan bəhs olunub.
Tədbir çıxışlarla başa çatıb.