Əhməd Cavadın 130 illiyi ilə əlaqədar sərgi açıldı

Əhməd Cavadın 130 illiyi ilə əlaqədar sərgi açıldı
25 iyul 2022
# 17:40

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar sərgi açılıb.

Kulis.az xəbər verir ki, Mərkəzi Kitabxananın direktor əvəzi Jalə Əliyeva və İnformasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulova Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Əhməd Cavadın həyat və yaradıcılığı barədə oxuculara geniş məlumat verib.

Tədbirin bədii hissəsində şairin şeirləri səsləndirilərək, onun 130 illiyi ilə əlaqədar təşkil olunmuş sərgiyə baxış keçirilib.

# 1249 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #