Əfsanəvi Robin Hudun sığınacağı olan qədim palıd ağacı qurudu

Əfsanəvi Robin Hudun sığınacağı olan qədim palıd ağacı qurudu
20 iyun 2026
# 10:10

İngiltərənin Şervud meşəsində yerləşən və əfsanəvi qəhrəman Robin Hudun gizləndiyi yer olaraq bilinən 1200 yaşlı məşhur "Major Oak" (Böyük Palıd) ağacı məhv olub.

"Euronews" xəbər verir ki, Kral Quşları Qoruma Cəmiyyəti (RSPB) bu bahar ağacın yarpaq açmadığını və rəsmən quruduğunu təsdiqləyib.

Mütəxəssislərin fikrincə, çoxəsrlik ağacın ölümünə tək bir səbəb deyil, iqlim dəyişikliyi, quraqlıq və onu görməyə gələn milyonlarla turistin torpağı sıxlaşdıraraq köklərini qidasız qoyması təsir edib.

Qeyd edək ki, tarixi abidə kimi qorunan palıd ağacı bundan sonra da meşə ekosisteminə fayda verməyə davam edəcək.

# 67 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər