Məşhur fransız aktrisa Bricit Bardo xəstəxanaya yerləşdirilib.
Kulis.az xəbər verir ki, 91 yaşlı aktrisa Tulon şəhərində özəl klinikaya aparılıb. Bildirilib ki, o, üç həftə əvvəl xəstəxanaya yerləşdirilsə də, bu məlumat yalnız indi məlum olub.
Həkimlər onun yaxın günlərdə evə buraxılacağını, lakin səhhətinin hələ də narahatlıq doğurduğunu söyləyiblər.
Qeyd edək ki, Bricit Bardo “Allah qadını yaratdı” və “Jül və Cim” filmləri ilə məşhurlaşıb.