"Ədəbiyyat adamı” mükafatı təqdim olundu

"Ədəbiyyat adamı” mükafatı təqdim olundu
26 yanvar 2023
# 15:40

Azərbaycan Dillər Universitetində Azərbaycan Yaradıcılıq Fondunun dəstəyilə təşkil edilən “Ədəbiyyat adamı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, mərasimdə çıxış edən Xalq yazıçısı, akademik Kamal Abdulla müsabiqənin qaliblərinin tam obyektiv şəkildə seçildiyini deyib: "Kulisin son illər ədəbiyyat, mədəniyyət adına gördüyü işlər, keçirdiyi müzakirələr çox təqdirə layiqdir. Bu il Kulisin keçirdiyi "İlin hekayəsi" müsabiqəsində qalib gələn müəlliflərin yazılarını mən də, oxudum, xoşuma gəldi və düşündüm ki, onlar əsl ədəbiyyat adamlarıdır.İndi həmin qaliblər buradadır. Bizim mükafat pullu mükafatdır. Biz onları sahiblərinə təqdim edəcəyik".

Daha sonra qaliblər Nərmin Kamal, Xəyyam Rəfili, Yaşar Bünyad və "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə təltif olunublar.

"Əlli ildir "Azərbaycan" jurnalında fəaliyyət göstərirəm. Doğurdan da, çox böyük rəqəmdir. İnsan ömrüdür. Bu günə qədər heç vaxt ədəbiyyat adına mükafat almamışam. Bu günkü mükafatdan təsirləndim. Çox sağ ol, Kamal", - deyə İntiqam Qasımzadə vurğulayıb.

Daha sonra Kulis.az saytının Baş redaktoru Ulucay Akif çıxış edərək fikirlərini bildirib: "Kamal müəllim olduğu hər yerdə ədəbiyyat mühiti yarada bilir. Bu universitetdə də həmin mühiti yaratdı. Mən Kamal müəllimə təşəkkür edirəm ki, seçimini bizim keçirdiyimiz müsabiqənin qalibləri üzərindən etdi".

Qeyd edək ki, “Ədəbiyyat adamı” adlanan bu layihə çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.

# 1875 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #