Əcnəbi musiqiçilər 19-cu Bakı Caz Festivalında iştirak edib

Əcnəbi musiqiçilər 19-cu Bakı Caz Festivalında iştirak edib
23 oktyabr 2024
# 15:53

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində 19-cu Bakı Caz Festivalı çərçivəsində “Simin Tander Trio” caz triosu (Simin Tander (vokal), Olav Torget (gitara), Jonas Torget (truba) çıxış edib.

Kulis.az xəbər verir ki, mərkəzin foyesində Cəmilə Hacı-Səmədzadənin “İpək üzərində caz” quramasından ibarət sərgi nümayiş etdirilib.

Əcnəbi musiqiçilər ilk dəfə çıxış etdikləri qeyri-adi konsert proqramı hazırlayıblar. Müxtəlif dövrlərin bəstələri caz üslubunda təqdim olunub və bir neçə dildə səsləndirilib. Tədbir çoxlu sayda qonaq cəlb edib və onlar konsertdən əvvəl “İpək üzərində caz” sərgisini ziyarət ediblər.

# 196 dəfə oxunub

Müəllifin son yazıları

# # #