Teleqramın qurucusu Pavel Durov Rusiyada teleqrama tətdiq olunan məhdudiyyətlərlə bağlı qərarlara münasibət bildirib.
Kulis.az xəbər verir ki, o teleqram hesabında ölkə hakimiyyətinin atdığı bu addımları "vətəndaşların azadlığının məhdudlaşdırılması" adlandırıb və baş verənləri səkkiz il əvvəl İranda yaşanan oxşar vəziyyətlə müqayisə edib:
"Rusiya vətəndaşlarını nəzarət və siyasi senzura üçün yaradılmış, dövlət tərəfindən idarə olunan tətbiqə keçməyə məcbur etmək üçün teleqrama çıxışı məhdudlaşdırır. Səkkiz il əvvəl İran da eyni strategiyanı tətbiq etməyə çalışdı və uğursuz oldu. Orada da teleqram uydurma bəhanələrlə qadağan edildi, insanları dövlətin yaratdığı alternativə yönləndirməyə cəhd göstərildi. Qadağaya baxmayaraq, iranlıların əksəriyyəti hələ də senzuranı aşaraq teleqramdan istifadə edir və nəzarətə məruz qalan tətbiqlərdənsə bizim platformaya üstünlük verirlər. Vətəndaşların azadlığını məhdudlaşdırmaq heç vaxt düzgün həll deyil. Teleqram istənilən təzyiqə baxmayaraq söz azadlığını və məxfiliyi müdafiə edir".