Dünyanın ikinci ən böyük kitab yarmarkası

Dünyanın ikinci ən böyük kitab yarmarkası
5 fevral 2022
# 14:20

Hər il Misirin paytaxtı Qahirədə təşkil olunan “Qahirə Beynəlxalq Kitab Festivalı” bu il 53-cü dəfə təşkil olunub.

Kulis.az türk mediasına istinadla xəbər verir ki, festivalda 51 ölkədən 1061 nəşriyyat iştirak edir. Dünyadakı sosial vəziyyətlə əlaqədar kitablar təxminən 0,06 dollardan satılır. 26 yanvarda açılışı olan yarmarka fevralın 7-nə kimi davam edəcək.

Qeyd edək ki, “Qahirə Beynəlxalq Kitab Festivalı” “Frankfurt Kitab Festivalı”ndan sonra dünyanın ikinci ən böyük kitab yarmarkasıdır.

# 1495 dəfə oxunub

Müəllifin son yazıları

# # #