Kulis.az varlıqları ilə dünyamızı, evlərimizi, ruhlarımızı gözəlləşdirən çiçəklər haqqında maraqlı faktları təqdim edir.
Udumbara
1 mm -lik boyu ilə fərqinə varılması olduqca çətin olan Udumbara çiçəyinin əslində çiçək deyil, həşərat yumurtası olduğu artıq məlumdur.
Udumbara Sanksrit dilində “cənnətdən gələn uğurlu çiçək” deməkdir.
Axşamsəfası çiçəyi
Hamımızın bildiyi adıyla "Axşamsəfası"nın kökləri əslində Amerikanın tropik bölgələrinə gedib çıxır.
Çiçəyin maraqlı cəhəti isə axşam açılıb səhər vaxtı bağlanmasıdır.
"Uçan ördək" orxideyası
Avstraliyanın poçt zərfində yer alacaq qədər məşhur olmuş bir çiçək - "Uçan ördək orxideyası"…
Adından da göründüyü kimi, ördəklə oxşar görünüşü ilə heyrətə salır.
Cəsəd çiçəyi
Çiçəklərin həmişə gözəl ətri olduğunu bilirik, amma qoxusuna görə “Cəsəd" çiçəyi adını alan bitki nadir açan və ən böyük çiçək kimi tanınır.
"Meymun" orxideyası
Fotoşəkildə gördüyünüz orxideyanın nə bənzədiyini soruşsaq, nə cavab verərdiniz?
Yanılmadınız; bu çiçək dünyanın hər yerində "meymun orxideyası" olaraq tanınır.
"Vəhşi arı" orxideyası
Dişi vəhşi arıya bənzəyən bu çiçək arıları bu oxşarlığı ilə cəlb edərək özünə çəkir.
"Darth Vader" çiçəyi
Quru kəlləyə bənzəyən bu zəhərli çiçək bütün dünyada “Darth Vader çiçəyi” adı ilə tanınır, "Star Wars" filmindəki obrazın adı ilə eynidir.
"Qundaqlanmış körpələr" orxideyası
Orxideyanın çoxsaylı növlərindən biri olan bu çiçəyin latınca adı "Anguloa unifloradır".
Dodaq çiçəyi
Boya çəkilmiş bir dodağı xatırladan bu maraqlı çiçək Cənubi Amerikanın tropik bölgələrində bitir.