Dünyanın ən bahalı tablosu üzə çıxdı

Dünyanın ən bahalı tablosu üzə çıxdı
21 avqust 2024
# 10:35

Məşhur italyan rəssam və heykəltəraş Leonarda da Vinçi tərəfindən 1500-cü illərdə çəkilmiş "Dünyanın xilaskarı" rəsminin sirri açılır.

Kulis.az xəbər verir ki, illərdir gizli qalan rəsm əsəri İsveçrədə üzə çıxıb.

2017-ci ildə Nyu Yorkda "Christie's" tərəfindən hərraca çıxarılan və dəyəri 100 milyon avro olan rəsm əsəri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən 406 milyon avroya alınıb.

Rəsm sonuncu dəfə 2019-cu ildə Fransanın Luvr muzeyində olub, lakin sonradan götürülüb. Bu rəsmin Səudiyyə Ərəbistanında dəbdəbəli yaxtada və ya sarayda olması ilə bağlı iddialara aydınlıq gətirilib.

"Mona Liza" qədər dəyərli olan tablonun İsveçrənin Cenevrə şəhərində rüsumsuz anbarda saxlandığı öyrənilib.

Rəsm gömrükdən keçirilmədiyi üçün vergi ödənilmir, sadəcə, icarə haqqı ödənilir. Nəm, istilik və ya ekstremal iqlim şəraitindən qorunur.

# 587 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #