Rumın yazıçısı Mirça Kartaresku "Solenoid" əsəri ilə "Dublin" ədəbiyyat mükafatını qazanıb.
Kulis.az xəbər verir ki, Kartarerskunun romanı 1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində kommunist Rumıniyadakı həyat reallıqları, o cümlədən ərzaq məhsulları üçün uzun növbələr, təhsil sisteminin absurdluğu və səfalət haqqındadır.
25-dən çox kitabı çap edilən və əsərləri 23 dilə tərcümə olunan yazıçı mükafatın onun ən mühüm ədəbi uğurlarından biri olduğunu deyib.
- Mikayıl Müşfiq mühasibdən pulu necə almışdı? - Tarixin kulisi
- Məşhur aktyor vəfat etdi
- Könül Kərimova gileyləndi: "Nəfəsimiz kəsildi”
Qeyd edək ki, münsiflər heyətinə "Dublin Trinity" kollecinin professoru Kris Moraş sədrlik edirdi .