Döysün, qoy açmayaq, yorulsun külək - Rəsul Rza

Döysün, qoy açmayaq, yorulsun külək - Rəsul Rza
1 dekabr 2023
# 17:40

Kulis.az Rəsul Rzanın "Ayrılmayaq" şeirini təqdim edir.

Xəyalın yanımda, sən uzaqdasan,
Hicranın yolları ömür qədərdir.
Bu yalqız axşamda yuvama baxsan,
Mənəm, xəyalındır, bir də kədərdir.

Gəl ört pəncərəni, qalaq üz-üzə
Bir sən ol, bir də mən, bir də gözlərin
Vüsal qərq olurkən hicran dənizə,
Ağ bir yelkən olsun o son sözlərin.

Bir sən ol, bir də mən, bir də dərdimiz
Ağlayaq doyunca gülək doyunca,
Baş-başa qaldıqca bu möhnətdə biz,
Döysün qapıları külək doyunca

Döysün, qoy açmayaq, yorulsun külək,
Qəmli hicran qalsın qapıda dustaq.
Bir az vüsalınla çırpınsın ürək,
Sonra… Sonra yenə biz ayrılmayaq…

# 1002 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #