Dövlət Kukla Teatrı Ankarada

Dövlət Kukla Teatrı Ankarada
25 aprel 2025
# 17:15

Aprelin 25-də Ankaradakı “Cermodern” mərkəzində Azərbaycan Dövlət Kukla Teatrı kollektivinin quruluşunda “Cırtdanın Türkiyədə macəraları” tamaşası göstərilib.

Kulis.az xəbər verir ki, Azərbaycan kollektivinin çıxışı Hadi Poyrazoğlu adına IV Beynəlxalq Kukla və Karagöz (kölgə teatrı) Teatrları Festivalının proqramına daxil edilib.

Birpərdəli tamaşanın quruluşçu rejissoru Səidə Haqverdiyevadır.

Qeyd edək ki, festivalın proqramına Ankara və İstanbulda (26 aprel), daha sonra Azərbaycanda (28-30 aprel) və Özbəkistanda (2-5 may) çıxışlar daxildir.

# 83 dəfə oxunub

Müəllifin son yazıları

# # #