Dörd məşhur xanımdan bir layihə - “İsti-isti”

Dörd məşhur xanımdan bir layihə - “İsti-isti”
24 iyul 2022
# 19:40

Azərbaycanda dörd tanınmış xanımın iştirakı ilə maraqlı layihə təqdim olunub.

Kulis.az xəbər verir ki, müğənni Dilarə Kazımova, caz ifaçısı Ülviyyə Rəhimova Jones, İctimai Televiziyada “Yeraltı” verilişinin aparıcısı Fidan Cəfərova və ilk rep deyən xanım Ülkər MC’Rain “İsti – isti” adlı əyləncəli mahnı təqdim ediblər.

“İsti – isti” adlı əyləncəli mahnının rejissoru Ramal Nəsibli, beatmakeri Murad Pika, mix-masteringi Emin Kərimdir.

Yay ab-havalı klipin mahnısında sosial mesajlar da verilib.

Kliplə bağlı fikirlərini bildirən Fidan Cəfər bunları deyib:

“Biz 4 nəfər olaraq rəfiqəyik, görüşlərimizin birində söhbət əsnasında belə bir qərara gəldik ki, bir arada nəsə etsək maraqlı ola bilər. Həm də yerli musiqidə də bu bir yenilikdir. Belə bir collab olmuyub hələ ki, 2 reper və 2 müğənni qızı bir araya gətirsin. Bu arada biz qrup deyilik, hamı hələ solo karyerasına davam edir, amma tez tez bir araya gəlib belə layihələr etməyi düşünürük. İsti-isti - 4 qızdan ibarət musiqi birliyi kimi fəaliyyət göstərəcək”.

# 2142 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #