DokuBaku VII Beynəlxalq Sənədli Film Festivalında iştirak üçün ərizə qəbulu elan edilib. Builki buraxılışın əsas mövzusu "KosmoDarvinizm: Dolça Əsri"dir.
Kulis.az xəbər verir ki, festival sentyabrın 26-dan oktyabrın 1-dək keçiriləcək.
Qeyd edək ki, builki festivalın məqsədi sənədli film yaradıcılarının mövcud dəyişikliklər haqqında nə düşündüklərini öyrənmək və bəşəriyyətin dövrümüzün çağırışı olan rəqəmsallaşma, həyatın çılğın tempi, insana dəyər verənlərin, texnologiyaları cəlb etmədən insanların uğur qazanmaq cəhdlərinin öhdəsindən daha yaxşı gəlmək yollarına dair kinematik araşdırmalarla bölüşməkdir.
Bütün kinematoqrafçılar “Ən yaxşı beynəlxalq tammetrajlı sənədli film”, “Ən yaxşı beynəlxalq qısametrajlı sənədli film”, “Uşaqlar üçün ən yaxşı sənədli film (DokuKids)”, “DokuDarwin: ən yaxşı yerli sənədli film” və “Əsas müsabiqəyə daxil olmayan filmlər” nominasiyaları üzrə yarışacaqlar.
Xatırladaq ki, mayın 25-dən başlayacaq müraciət üçün iyulun 25-də başa çatacaq. Seçilən filmlər avqustun 25-də elan ediləcək.