"Disney"in ulduzu zorakılığa görə həbs olundu

"Disney"in ulduzu zorakılığa görə həbs olundu
13 avqust 2024
# 17:04

"Disney" kanalının ulduzu, aktrisa Skay Cekson həbs edilib.

Kulis.az xəbər verir ki, daha çox "Cessi" və "Yay düşərgəsi" şoularındakı uşaq rolları ilə tanınan Skay Cekson Hollivudda həbs edilib.

Əyləncə mərkəzinin mühafizəçilərinin sözlərinə görə, aktrisa öz partnyoruna bir neçə zərbə endirib. Hüquq-mühafizə orqanlarına aparılan aktrisa bunu təkzib etsə də, əyləncə mərkəzinin kameralarındakı görüntülər onun həqiqətən də oğlanı vurduğunu təsdiqləyib.

Skay Ceksonu bir neçə saat sonra sərbəst buraxıblar.

# 371 dəfə oxunub

Müəllifin son yazıları

# # #