Dima Bilan məşhur cizgi filmində...

Dima Bilan  məşhur cizgi filmində...
18 sentyabr 2025
# 11:28

Rusiyanın məşhur müğənnisi Dima Bilan “Prostokvaşino” cizgi serialının yeni mövsümünün premyera bölümündə iştirak edib.

Kulis.az xəbər verir ki, Dima Bilan serialda poçtalyon Peçkinə qulluqçu Marqarita Yeqorovnaya sürpriz hazırlamaqda kömək edir və özünün məşhur “Mолния” (“İldırım”) mahnısını ifa edir.

Qeyd edək ki, cizgi serialında Fyodor dayı (Roman Pankov), onun anası (Liza Moryak) və atası (Pavel Priluçnıy), poçtalyon Peçkin (İvan Oxlobystin) ilə yanaşı, kompüter qrafikası vasitəsilə yaradılan pişik Matroskin, it Şarik və qarğa Balçonka da yer alıb. Heyvanların səslərini Anton Tabakov, Pavel Derevyanko və Darya Bloxina səsləndirib.

# 97 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər