"Dəyirman" yenidən Azərbaycan dilində

"Dəyirman"  yenidən Azərbaycan dilində
21 oktyabr 2024
# 12:33

Türkiyə yazıçısı Rəşad Nuri Güntəkinin “Dəyirman” romanı bu günlərdə yenidən Azərbaycan dilində çap olunub.

Kulis.az xəbər verir ki, ilk dəfə Azərbaycan oxucularına 1994-cü ildə kiril əlifbasında təqdim edilən romanın yenidən çap olunması əsərin aktuallığı, ideya müasirliyi, dərin sosial məzmunu ilə bağlıdır.

Əsəri Azərbaycan dilinə yazıçı Vaqif Sultanlının uyğunlaşdırıb.

Əsərdə rəhbər vəzifədə çalışanların daxili-mənəvi dünyası canlandırılıb, fərdi xarakter cizgiləri ilə seçilən səriştəsiz, intriqaçı dövlət məmuru tipləri yaradılıb.

# 571 dəfə oxunub

Müəllifin son yazıları

# # #