Deyirdi ki, yubileyimdə rəhmətə getsəm... – Reper AİD atasından yazdı

Orxan Zeynallı, Araz Zeynalov

Orxan Zeynallı, Araz Zeynalov

5 avqust 2022
# 10:30

Keçmiş HOST qrupunun üzvü AİD ləqəbi ilə tanınan reper Orxan Zeynallı dünyasını dəyişən atası, tanınmış jurnalist Araz Zeynalov haqqında paylaşım edib. Kulis.az həmin paylaşımı diqqətinizə çatdırır.

"Prospektin yazılmamış bir nömrəli qanunu – “Kişi kimi yaşayıb, kişi kimi ölmək”dir. Mən özüm belə pafoslu məhəllə əfsanələrindən uzaq olsam da, köhnə məktəb nümayəndələrinin haqqını yemək olmaz. İntellektual, geyimi keçimi yerində, hazırcavablıq, yumor hissi, status, xeyirxahlıq və cəmiyyətdə hörmət. Bu sadalanan dəyər və prinsiplərə son gününə qədər əməl etmək.

Dünən (red. – avqustun 3-də) atam dünyasını öz sevimli prospektində dəyişdi. Son aylar yataqdan qalxmasa belə, bahalı ətrindən mütləq istifadə edirdi, zarafatlarından qalmırdı. Deyirdi ki, yubileyimdə rəhmətə getsəm, yaxşı xəbər başlıqları alınar…

Yubiley məsələsi olmasa da, başlıqlar və postlar bol olacaq. Adına layiq. Onun üçün çox vacib idi. Allah rəhmət eləsin, ata".

Qeyd edək ki, jurnalist Araz Zeynalov avqustun 3-də 61 yaşında uzun sürən xəstəlikdən vəfat edib.

# 3431 dəfə oxunub

Müəllifin son yazıları

# # #