"Depp vs Heard" filminin ilk treyleri yayımlandı

"Depp vs Heard" filminin ilk treyleri yayımlandı
27 iyul 2023
# 11:50

Hollivud ulduzları Conni Depp və Amber Herdin qalmaqallı məhkəməsindən bəhs edən "Depp vs Heard" adlı sənədli mini-serialın ilk treyleri yayımlanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, treyler Netflix-in yutub kanalında yayımlanıb.

"Depp vs Herd" miniserialı 16 avqust 2023-cü ildə Netflix-də yayımlanacaq.

Xatırladaq ki, sənətçilərin məhkəmə prosesi 2022-ci ilin iyununda başa çatıb. Məhkəməni Depp qazanıb.

# 674 dəfə oxunub

Müəllifin son yazıları

# # #